NİİM: Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi onun həyatını birbaşa təhlükəyə atır

A- A A+

İntensiv hərəkət olan küçə və prospektlərdə yolun hərəkət hissəsində dayanmaq ağır qəzalara səbəb olur.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Müraciətdə qeyd edilib ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayandırılması arxadan gələn avtomobillər üçün ciddi təhlükə yaradır. Belə hallar çox vaxt nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda dayanması və sürücünün zəruri təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş verir.

“Lakin müşahidələr göstərir ki, bəzi sürücülər məcburi səbəb olmadığı halda da, məsələn, sərnişin mindirib-düşürmək və ya digər şəxsi məqsədlərə görə avtomobili intensiv hərəkətin olduğu hissədə dayandırırlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə isə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsi sərnişin düşürmək məqsədilə yolun hərəkət hissəsində dayanan avtomobillə toqquşub. Qəza siqnalının yandırılması ilə təhlükənin aradan qalxdığını düşünən sürücü çoxzolaqlı yolda sərnişini düşürməklə həm özünü, həm də digər şəxsi təhlükə qarşısında qoyub. Hadisə nəticəsində mərkəz istiqamətində sıxlıq da yaranıb.

Bir daha xatırlatmaq istəyirik ki, bu cür qayda pozuntuları ölüm və xəsarətlə nəticələnən qəzaların qeydə alınmasına, yollarda hərəkətin ləngiməsinə səbəb olur. Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi isə onun həyatını birbaşa təhlükəyə atır”,- deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: