NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində inşa olunan çoxmərtəbəli yaşayış binasında tikinti işləri davam edir. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət yaşayış binası 40 mənzilli olacaq. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 83 və 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı, xidmət mərkəzi, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, çəkməçi dükanları yerləşəcək.
Hazırda binanın dördüncü mərtəbəsində beton qəlib, digər mərtəbələrdə isə hörgü işləri görülür.
Novruz Məmmədov