Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

A- A A+

Naxçıvan MR Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan "Kia" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: