ÜST: Dünyada 1,3 milyard insan səhiyyə sistemində qarşısı alına bilən maneələrlə üzləşir

A- A A+

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Əlilliyi Olan Şəxslər üçün Səhiyyədə Bərabərlik üzrə Qlobal Hesabat”ı açıqlayıb.

NUHÇIXAN hesabata istinadla xəbər verir ki, dünyada təqribən 1,3 milyard insan, yəni, qlobal əhalinin 16 faizi, səhiyyə sistemində qarşısı alına bilən maneələrlə üzləşir. Bu maneələr onların səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdırır, sağlamlıq nəticələrini zəiflədir, fövqəladə hallarda riskləri artırır, köməkçi məhsullara və dəstəyə əldəolunmanı çətinləşdirir, eləcə də qərarların qəbulu prosesində iştirak imkanlarını məhdudlaşdırır.

Hesabatda səhiyyə sistemlərinin daha inklüziv şəkildə qurulmasının vacibliyi vurğulanır. ÜST ölkələri daha güclü siyasi öhdəlik nümayiş etdirməyə, əlilliyi nəzərə alan ilkin səhiyyə xidmətlərini inkişaf etdirməyə, əlçatan tibbi xidmətlər və köməkçi məhsulların təminatını genişləndirməyə çağırır. Bununla yanaşı, əlilliyi olan şəxslərin və onların təşkilatlarının gücləndirilməsi, həmçinin görülən işlərin monitorinqi və hesabatlılığın təmin olunması əsas istiqamətlər kimi qeyd olunur.

ÜST-nin hesabatında səhiyyədəki bərabərliyin yalnız əlilliyi olan şəxslərin həyatlarına təsir edən qərarların mərkəzində yer aldığı halda mümkün olduğu bildirilir. Bu isə cəmiyyətin bütün səviyyələrində inklüzivlik, iştirakçılıq və bərabər imkanların təmin olunmasını tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: