Naxçıvanda məktəblilərlə narkomaniyaya qarşı növbəti maarifləndirici tədbirlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və rayonlarında yerləşən bir neçə ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda şagirdlərlə profilaktik görüşlər təşkil olunub.

Görüşlərdə çıxış edən polis əməkdaşları şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri barədə ətraflı məlumat veriblər.

Tədbirlərdə mövzuya dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, real həyat nümunələri əsasında müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarını təmin etmək, sağlam həyat tərzinin təbliğinə nail olmaqdır.

Həmçinin tədbirlər zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərin sualları cavablandırılıb, Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: