Stasionar postda narkotik aludəçisi olan sürücü ifşa edilib

A- A A+

Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə yaratması səbəbindən o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: