Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

A- A A+

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

NUHÇIXAN xəbər verir ki, tədbirdə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi”, “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” və digər mövzular müzakirə olunacaq.

Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: