Vətənimizin ayrılmaz hissəsi olan Naxçıvanda olduğumuz müddətdə buradakı tarixi abidələr haqqında dəyərli məlumatlar əldə etdik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Nərimanov rayonundakı 36 nömrəli məktəbin şagirdi Aysun Nəsibzadə deyib.
Aysun Nəsibzadə bildirib ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq onun üçün maraqlı olub: “Şahbuzun gözəl təbiəti, rayonun ərazisindəki biomüxtəliflik mənim marağıma səbəb oldu. Ölkəmizi yaxından tanımaq üçün biz məktəblilərə yaratdığı bu gözəl imkana görə, Prezident İlham Əliyevə şagird yoldaşlarım adından minnətdarlığımı bildirirəm”.