NUHÇIXAN AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin noyabrın 25-də Almaniyadan 17 nəfər şəxsin ölkəyə geri qəbul edilməsi həyata keçirilib. Həmin şəxslərdən 11-i kişi, 6-sı isə qadındır.
“Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu, readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də onların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası istiqamətində müvafiq tədbirlər həyata keçirir”,- deyə məlumatda qeyd olunub.
