Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50-dən artıq inşaat materialları yatağı aşkarlanaraq istifadəyə verilib
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib. Hidrogeoloji tədqiqatlar nəticəsində Qarabağ və Cəbrayıl dağətəyi düzənliklərinin yeraltı su yataqlarının ehtiyatları yenidən qiymətləndirilib.
NUHÇIXAN xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Ataşov deyib.
Şahin Ataşov bildirib ki, filiz faydalı qazıntı yataqlarının axtarışı nəticəsində Ağdam rayonunun Çullu sahəsində və Xocavənd rayonunun Binə kəndində perspektivli sahələr aşkarlanıb.
Kəhriz komplekslərindən Füzuli rayonu Yal Pirəhmədli kəhrizi, Cəbrayıl rayonu Çinar kəhrizi, Daş Veysəlli kənd kəhriziərində bərpa işləri aparılır. Hüseynağa kəhrizi və Hovusluda 6 kəhriz bərpa olunub.
