DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

A- A A+

Ötən gün ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 336, o cümlədən borclu şəxs qismində axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: