Zamanın yavaşıdığı bir Qaf dağı ölkəsi - FOTOLAR
NUHÇIXAN-ın məlumatına görə, Türkiyənin “Güncel kadın” saytında alpinist qadın Səlma Güven Naxçıvanla bağlı maraqlı məqalə verib. “Zamanın yavaşladığı bir Qaf Dağı ölkesi.. Naxçıvan Muxtar Respublikası” adlı yazıda xanım iki günlük səfəri zamanı bu qədim şəhərin ab-havası, tarixi, insanları, təmiziliyi və mədəniyyətindən bəhs edir. Haçadağa dırmanmaq üçün 12 nəfərlə Türkiyədən Naxçıvana səfər edən Səlma Güvən ilk dəfə olduğu Duzdağı bir möcüzə adlandırır. Naxçıvan şəhərindəki sakitliyə, təmizliyə, insanların həddindən artıq mədəni olmasına diqqəti çəkən xanım şəhərimizi bu cür təsvir edir: “Geniş bir ərazidə müasir orta əsrlərə məxsus qədim şəhər yüksəlir. İlk baxışdan adamı özünə heyran edən bir qayda-qanun var. Küçələr geniş və yol kənarlarında basırıq şəkildə dayanan avtomobillər yoxdu. Bir şəhər fikirləşin ki, onun küçələri 4 şəritlidir və çoxlu işıqforları yoxdur. Piyadalar həddindən artıq nəzakətlə yolu keçirlər. İnsanları sakit.. Orada olanda nəinki bağıran, çığıran, dava edən, hətta ucadan kobudluqla danışan insanlara da rast gəlmədim. İnsanları çox hörmətcil, qonaqpərvərdirlər. İçimdən “mədəniyyət başqa bir şeymiş” deyə fikir keçdi.”
Səlma Güvən şəhərsalma mədəniyyəti, inzibati binaların yerləşməsi, mağazalarla bağlı məqamları öz ölkəsi ilə müqayisə edərək üstünlüyü Naxçıvana verir və bunları bir nümunə kimi təbliğ etməyi məsləhət görür. “Burada incəsənsənət həyat tərzi səviyyəsində bütün sahələrdə hakimdir”- deyə vurğunluğunu gizlədə bilmir.
Qonaq məqalədə Naxçıvandakı Heydər Əliyev Sarayı, “Naxçıvanqala” Tarix -Memarlıq Muzey Kompleksi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Mömünə Xatun türbəsi və Haçadağ haqqında öz oxucularına maraqlı məlumatlar verir. Yazıda fotolar da yer alıb.