Naxçıvandakı Novruz şənliyi “Yaşıl İğdır” qəzetində - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu il ilk dəfə olaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Novruz şənliyi qonaqların çoxluğu ilə yadda qalıb. Türkiyənin İğdır şəhərində nəşr edilən “Yaşıl İğdır” qəzeti bununla bağlı öz səhifəsində xəbər verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da qatıldığı tədbirdə naxçıvanlıların bu bayramı necə coşqu ilə keçirdiyi yazıda qeyd edilir. O da vurğulanır ki, naxçıvanlılarla bərabər türklərin ortaq bayramı olan Novruzu İğdırdan gələn çoxlu sayda qonaq da birlikdə qeyd edib. Ulu Dədə Qorqud hər kəsi bayram münasibətilə salamlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tədbir iştirakçılarını təbrik edib, Novruz milli dəyərimizdir və onu bayram etmək öz milli köklərimizə, keçmişimizə hörmətin  əlamətidir-deyə vurğulayıb.

Xəbərdə o da qeyd edilir ki, İğdırdan, İrandan gələn qonaqlar da tədbirə qatılaraq əylənib və Novruz bayramlarını Naxçıvanda  birgə qeyd ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: