Martın 26-sı Epilepsiya Xəstələri Günüdür

A- A A+

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.

NUHÇIXAN xəbər verir ki, 2008-ci ildə epilepsiyadan əzab çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul edildiyini hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün "Bənövşəyi gün” yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəkləyib, onun ardınca dünyanın başqa təşkilatları da ona tərəfdar çıxıblar.

Bundan bir il sonra 100 min tələbə, 100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Bir axşam Torontodakı televiziya qülləsi bənövşəyi rəngə bürünüb.

Həmin vaxtdan martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır.

Həmin gün bütün dünyada "Bənövşəyi gün" keçirilir. Hər il keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir. Həmin gün arzu edənlər epilepsiya diaqnozu ilə yaşayanlara mənəvi dəstək göstərə bilərlər.

Xroniki nevroloji xəstəlik olan epilepsiyaya mübtəla olanlar qəflətən baş verən qıcolmalarla üzləşirlər. Vaxtilə həmin xəstəlikdən Yuli Sezar, Dante Aligeri, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və başqa məşhurlar da əziyyət çəkiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: