“Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat məbləğində müəyyən edilib.
