İrandan külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

A- A A+

İradan 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Belə ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

Dekabr ayının 3-də isə Daxili İşlər Nazirliyinin Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb. Sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: