Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb

A- A A+

Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə ötən gecə axşam saatlarında baş verib.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb.

Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: