Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 8 faiz və ya 537 milyon manat çox olmaqla 7 milyard 370 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 7 faiz və ya 389 milyon manat artaraq 5 milyard 738 milyon manat olub.
Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 586 milyon manat çoxdur.
