Naxçıvan şəhərində su xəttində qəza baş verib.
NUHÇIXAN xəbər verir ki, şəhərin Nizami, C.Məmmədquluzadə, N.Tusi, V.Qasımov küçələrini, N.Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qəza qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.
