Şərurda polis veteranları və ictimai şura üzvlərinin tədbiri olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Oğlanqala kəndində ictimaiyyət nümayəndələrinin, polis veteranlarının və ictimai şura üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Oğlanqala inzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev tədbirin məqsədi haqda danışıb.
Sonra Şərur rayon polis şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov bildirib ki, muxtar respublikada torpaq mülkiyyətçilərinə göstərilən dövlət dəstəyi, güzəştli şərtlərlə mineral gübrələrin və yanacaq-sürtkü materiallarının verilməsi, o cümlədən onların aqrolizinq yolu ilə texnika və texniki avadanlıqlarla təminatı Şərur rayonunda da bu sahəyə marağı xeyli artırıb.
Diqqətə çatdırılıb ki, hər bir rayon sakini yaradılan bu şəraitdən səmərəli istifadə etməli, inzibati xətaya səbəb olacaq nöqsanlara yol verməməlidir.
Daha sonra polis şöbəsinin əməkdaşı Vüsal Quliyev çıxış edərək gənclərə Naxçıvan orta ixtisas polis məktəbi və Azərbaycan Respublikası xüsusi təyinatlı Polis Akademiyasına qəbul qaydaları barədə ətraflı məlumat verib.
Tədbirdə ictimai şura üzvü Asif Hüseynov, polis veteranı Oqtay Babayev mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Arzu Sadiqov