İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Nuru Adəm oğlu Yaqubovun İrandan idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, laborator müayinə nəticəsində (20 oktyabr 2025-ci il-20 oktyabr 2026-cı il istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.