Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

A- A A+

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37, 71 və 149-cu maddələrinin müvafiq hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 29-na təyin edilmiş iclasında baxılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: