Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon 18 min 500 manat vəsait yönəldilib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a məlumat verilib. Bildirilib ki, bu, bir il öncəki göstəricidən 45,4 % çoxdur.
Məlumata görə, istifadə olunan vəsaitin 72 milyon 963 min 400 manatı və ya 35,8 %-i məhsul istehsalı sahələrinə, 48 milyon 857 min 300 manatı və ya 23,9 %-i xidmət sahələrinə, 82 milyon 197 min 800 manatı və ya 40,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 146 milyon 392 min 400 manatı və ya 71,8 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 % çoxdur.
