"Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” mövzusunda tədbir baş tutub - FOTOLAR

A- A A+

Tədbir 11 dekabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Kəngərli, Şərur və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə Şərur şəhərində  keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirin açılışında Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək bələdiyyə fəaliyyətində şəffaflığın artırılmasının və antikorrupsiya mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində ‘Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı’nın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Fəaliyyət Planının bələdiyyələrin idarəetmə prosesində şəffaflıq, hesabatlılıq və məsuliyyətlilik prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə həmçinin Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təqdimat edib. Məruzədə etik davranış standartları, korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması üsulları barədə məlumat verilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: