Yaşar Gülər: Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətləri davam etdiririk
“Can Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində təhsil və təlim fəaliyyətlərini “Bir millət, iki dövlət, tək ordu” anlayışı çərçivəsində davam etdiririk. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı daha da dərinləşdiririk”.
NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisinin büdcə üzə komissiyasının iclasında səsləndirib.
Türkiyəli nazir Azərbaycanla Ermənistan arasında əldə olunan müsbət irəliləyişin Ankarada məmnunluqla izlənildiyini də qeyd edib.
“Ankara bu prosesin davamlı olması istiqamətindəki səyləri dəstəkliyir. Bütün region ölkələri sabitlik və rifaha töhvə verəcək nəticələrin əldə olunmasına çalışır. Bu məsələdə hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə Y. Gülər vurğulayıb.
