Naxçıvan televiziyasının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də, "Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.