Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov Nehrəm qəsəbəsinin ictimaiyyəti ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra səlahiyyətli nümayəndə Nehrəm qəsəbəsinin ağsaqqalları ilə görüş keçirib. Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana qayıdışından sonra ilk olaraq məhz Nehrəm qəsəbəsinə gəlməsi xatırlanıb və Ulu Öndərin yerli ictimaiyyətlə görüşünün tarixi əhəmiyyəti vurğulanıb.

Sonra Ceyhun Cəlilov Nehrəm qəsəbəsində vətəndaşları qəbul edib.

Qəbulda 80-ə yaxın sakinin, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Qəbul zamanı sakinlər əsasən sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və digər məsələlərə toxunublar. 

 

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: