“Nuhçıxan”ı təbrik edirlər - FOTOLAR

Bəhruz Quliyev: “Agentlik Naxçıvanın informasiya blokadasının tamamilə yarılmasında müstəsna xidmətlər göstərir”

A- A A+

Aprelin 1-də Nuhçıxan İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev agentliyin ünvanına təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli həmkarlar,

Sizi Naxçıvan Muxtar Respublikasının ilk informasiya agentliyi olan “Nuhçıxan” İnormasiya Agentliyinin fəaliyyətə başlamasının bir illiyi münasibəti ilə səmimi təbrik edirəm.

Yaradılmasından qısa bir vaxt keçməsinə baxmayaraq bu informasiya orqanı qədim Naxçıvan diyarının, eləcə də ölkəmizin  tarixinin, mədəniyyətinin, milli dəyərlərinin, turizm potensialının, sosial-iqtisadi inkişaf mənzərəsinin işıqlandırılmasında özünəməxsus səmərəli fəaliyyəti ilə diqqəti çəkir. “Səs” qəzeti, “Səs” İnformasiya Agentliyi, eləcə də “Səs” televiziyası olaraq biz “Nuhçıxan” İnformasiya Agentliyi ilə səmərəli əməkdaşlıq edirik. Agentlik Naxçıvan Muxtar Respublikası ilə əlaqədar xəbər və videomaterialların ilkin mənbəyi kimi qədim diyarın informasiya blokadasının tamamilə yarılmasında müstəsna xidmətlər göstərir. Təqdirəlayiq cəhət həm də ondan ibarətdir ki, vacib əhəmiyyətli informasiyalar, videosujetlər rus və ingilis dillərində də izləyicilərə çatdırılır, sosial şəbəkələrdə bu media qurumunun hazırladığı minlərlə xəbər və informasiyalara aid paylaşımlar edilir.   Bununla da agentlik ölkəmizin informasiya siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edir.  

Əminik ki, “Nuhçıxan” İnformasiya Agentliyi bundan sonra da öz səmərəli fəaliyyəti ilə seçiləcək, Naxçıvan Muxtar Respublikası ilə bağlı xəbər və məlumatları operativ şəkildə öz izləyicilərinə çatdıracaqdır. 

Hörmətlə,

Bəhruz Quliyev, Səs” media qrupunun rəhbəri”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: