Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub

A- A A+

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub.

NUHÇIXAN xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Dəyərli Xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi.

Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.

Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram", - paylaşımda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: