Naxçıvanda zəncirvari qəza olub, marşrut avtobusu dörd avtomobilə çırpılıb

A- A A+

Naxçıvan şəhərində baş verən zəncirvari qəzada marşrut avtobusu dörd avtomobilə toqquşub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin İstiqlal küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəhərdaxili marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Daha sonra avtobus yol kənarında dayanmış "NAZ-Lifan", "Toyota" və "Changan" markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 5 avtomobilə ciddi maddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: