Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532 min 700 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, onlardan 177 min şəxs münasib işlərlə təmin olunub, 16 min 500 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunub.
Yanvar-noyabr aylarında 17 min 200 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 322 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.
