Sədaqət Qəhrəmanova: Erkən evliliyə məcburetməyə görə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur

A- A A+

Nikah yaşına çatmayan şəxsin erkən evliliyə daxil olmağa məcbur edilməsi hallarında 3 min manatdan 4 min manatadək məbləğdə cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Eyni zamanda, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə məsuliyyət nəzərdə tutan yeni maddələr də qanunvericiliyə əlavə edilib. Bu hallara görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova

məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə söyləyib.

O bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 16 yaşına çatmayan şəxslərlə bağlı evlilik münasibətlərinin formalaşdırılmasına yönələn hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur: "Belə ki, bəzi hallarda valideynlər və ya digər şəxslər nikah bağlanmadığını əsas gətirərək yalnız nişan mərasimi keçirildiyini bildirirlər və gələcəkdə, yaş həddi tamam olduqdan sonra evliliyin rəsmiləşdiriləcəyini iddia edirlər. Lakin təcrübədə bu cür nişanlanmalar çox vaxt erkən evliliyə aparan mərhələyə çevrilir.

Qeyd olunmalıdır ki, nişanlanma faktının özü belə, xüsusilə 16 yaşına çatmayan qızların psixoloji inkişafına ciddi mənfi təsir göstərir. Bu, onların təhsil almaq, peşə sahibi olmaq və şəxsi inkişaf imkanlarını məhdudlaşdırır. Uşaqların düşüncəsi gələcəyə yönəlməli, təhsil və inkişaf prioritet olmalıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: