Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
