Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb

A- A A+

Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılarkən tabeliyinə verilən qurumların balansındakı xüsusi təyinatlı texnika və avadanlıqların əksər hissəsi fiziki və mənəvi köhnəlməyə məruz qalmışdı, müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində qısa zamanda nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. Ötən illər ərzində alınan xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınaraq istismara verildi.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, fikirlərinə belə davam edib: "Qısa müddətdə Bakı və respublikanın bölgələrində 9 regional mərkəz təmir edildi. Qurumların istifadəsi üçün yararsız olan texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikildi. Yola salınan illər ərzində yalnız yanğından mühafizə üzrə 80 ədəd yeni depo binası tikilərək istifadəyə verilib. Xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə yaradılan nazirliyin akademiyası ötən müddətdə bakalavr pilləsi üzrə 1650, magistratura pilləsi üzrə 121 nəfər məzun yetişdirib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: