“Nuhçıxan”ı təbrik edirlər

Hikmət Yaqubov: “Nuhçıxan” bizi Naxçıvandan ötrü darıxmağa qoymur”

A- A A+

Aprelin 1-də “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə Azərbaycan televiziyasının (AZTV) baş prodüseri, Əməkdar mədəniyyət işçisi Hikmət Yaqubov agentliyin ünvanına təbrik məktubu göndərib. Məktubda deyilir:

Hörmətli həmkarlar!

 Deyə bilərəm ki, yaradılmasının birinci ilini qeyd edən  “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikanın ilk informasiya agentliyi  ünvanını qürurla daşıyır. “Nuhçıxan”  ötən bir ildə Naxçıvan teleradiosunun da imkanlarından istifadə edərək qədim diyarın mədəniyyətini, adət-ənənələrini, iqtisadi inkişafını, ordu quruculuğunu, təbii və turizm imkanlarını geniş təbliğ etməklə diqqətləri öz üzərinə çəkdi. Biz paytaxt Bakıda yaşayıb fəaliyyət göstəririk. “Nuhçıxan” öz operativ və dolğun informasiyaları, tanıtım videoları ilə bizi Naxçıvandan ötrü darıxmağa qoymur, Azərbaycanımızın döyünən ürəyi olan Naxçıvanı bizə daha yaxın və doğma edir.

Muxtar Respublikada Ali Məclisin Sədri hörmətli Vasif Talıbovun gerçəkləşdirdiyi böyük quruculuq proqramlarının real mənzərəsini, Naxçıvanın müasir inkişaf və çiçəklənməsini operativ şəkildə izləyicilərə çatdırmasını “Nuhçıxan”ın əsas uğurlarından sayıram. Çünki mən özüm də Naxçıvana həsr olunmuş film və verilişlərin rejissoru kimi bu diyarın davamlı inkişafının canlı şahidi olmuşam. Səmimi olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, vacib və əhəmiyyətli informasiyaların ilk mənbəyi kimi agentliyin ölkəmizin ictimai-mədəni həyatında özünəməxsus yeri və rolu vardır. Bilin ki, şəxsən mən və mənim kimi minlərlə media təmsilçisi Naxçıvanla bağlı informasiyaları sizin agentlikdən oxuyuruq.

Sizi yaxından izləyən vətəndaş kimi  “Nuhçıxan” İnformasiya Agentliyinin bir yaşını təbrik etməyi özümə borc bildim. Sizlərə peşə fəaliyyətinizdə uğurlar arzulayıram. Bir yaşınız mübarək! 

Hörmətlə,

AzTV-nin Baş prodüseri,

Əməkdar Mədəniyyət işçisi                             

HİKMƏT YAQUBOV”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: