Hazırda Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı 1 milyondan çoxdur. Üzvlərin 50,4 faizini qadınlar, 49,6 faizini isə kişilər təşkil edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında konfederasiya sədri Sahib Məmmədov deyib.
“Seçkili orqanlarımızda qadınların təmsilçiliyi 56 faizi ötüb. Bu, həmkarlar ittifaqlarında qadınların rolunun və ictimai fəallığının daha da artdığını göstərir. Əsas prioritet istiqamətlərimizdən biri də gənclərin sıralarımıza daha fəal qoşulması, onlara təşkilati işin metod və prinsiplərinin öyrədilməsi, həmkarlar ittifaqları hərəkatında yeni lider nəslinin formalaşdırılmasıdır. Belə ki, üzvlərimizin 20 faizdən çoxu gənclərdir. Həmkarlar ittifaqları təşkilatlarında çalışanların isə 11,9 faizini gənclər təşkil edir”, - deyə S.Məmmədov vurğulayıb.
