Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib

A- A A+

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib. Ötən il və cari ilin 11 ayı ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərilib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında konfederasiya sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, Vətən müharibəsi günlərində və sonrakı dövrdə də həmkarlar ittifaqları tərəfindən yüksək səviyyədə həmrəylik nümayiş etdirilib, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək göstərilib. Postmüharibə dövründə yaradılan “YAŞAT” və “Dirçəliş” fondlarına ianə edilib. Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin ailələri də diqqətdən kənarda qalmayıb. Hazırda 209 şəhid ailəsinin 378 övladı konfederasiya və üzv təşkilatların himayəsindədir.

“Qarşımızda duran hədəflərə nail olmaq üçün ötən il 2025-2027-ci illər üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İnkişaf Strategiyası qəbul edilib. Bu strategiyanın icrası çərçivəsində 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən geniş Tədbirlər Planı icra olunur. Tədbirlər Planının icrası nəticəsində artıq bir sıra nəticələr əldə olunub. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün zəruri informasiya texnologiyaları infrastrukturu qurulub, Elektron Sənəd Dövriyyəsi Sistemi istifadəyə verilib, statistik hesabatların toplanması və emalı elektron qaydada həyata keçirilir, rəqəmsal həllər tətbiq olunur”, - deyə sədr əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: