Ailə təsərrüfatları ilə bağlı maarifləndirici görüş olub

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən qayğıdan danışıb. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev isə ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının mahiyyəti və əsasları haqqında danışıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının üstünlüklərini vurğulayan Əkbər Əliyev ailə təsərrüfatlarına əmlakları ilə bağlı əməliyyatların aparılması üçün Komitənin elektron xidmətləri barədə də məlumat verilib.

Komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı məlumat verib. O həmçinin torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərini də  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda müzakirələr aparılıb, ailə təsərrüfatlarını maraqlandıran suallara aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: