Şərur rayonunda bıçaqlanma olub.
NUHÇIXAN xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Heydərzadə Faiq Sahil oğlu sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi Şərur Rayon Prokurorluğu tərəfindən araşdırılır.
