DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları ilə müsahibələr “Women in GovTech 2025” hesabatında təqdim edilib

A- A A+

Sinqapurun “GovInsider” platforması tərəfindən yayımlanan “Women in GovTech 2025” hesabatı müxtəlif ölkələrdə dövlət sektorunda elektron texnologiyaların inkişafında mühüm rol oynayan qadın liderlərin fəaliyyətini ön plana çıxarır. “İnklüziv texnologiyanın hamı üçün etibarlılığı”na həsr olunan builki hesabatda 29 ölkədən 100 qadın əməkdaşla müsahibə təqdim edilir. Onların sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları Vüsalə Müzəffərova və Səbinə Hüseynova ilə müsahibələr də yer alıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Vüsalə Müzəffərova ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərinin rəqəmsallaşdırılması, proaktiv və inklüziv dövlət xidmətlərinin qurulması, süni intellekt həllərinin tətbiqi və məşğulluğun artırılmasına yönəlmiş layihələr çərçivəsində görülən işlərdən bəhs edib.

Səbinə Hüseynova isə Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması, inklüziv və insan-mərkəzli yanaşma, “e-Sosial” portalı, süni intellektin tətbiqi və texnologiyanın vətəndaşların gündəlik həyatını necə asanlaşdırdığı barədə fikirlərini bölüşüb.

“Women in GovTech 2025” hesabatı qadınların dövlət xidmətlərinin e-texnologiyalar əsasında təkmilləşdirilməsində mühüm rolunu nümayiş etdirir. Azərbaycan qadınlarının qlobal hesabatda yer alması ölkəmizdə rəqəmsal inkişafın təmin edilməsi prosesində zərif cinsin nümayəndələrinin fəal iştirakının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: