Ordubad rayonunda qazın verilişi dayandırılıb.
NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində avtomobil qəzası olub. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.
Qəza bərpa işləri aparılır. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. Hadisə nəticəsində xəsarət alan yoxdur.
