Salyanda ölümlə nəticələn yol qəzası olub

A- A A+

Salyan rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə səhər saatlarında Ələt - Astara avtomobil yolunun Salyan rayonu Aşağı Kürkəndi kəndi ərazisində qeydə alınıb. Qəza zamanı minik avtomobili və avtobus toqquşub. Hadisə nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan Zeyqəm İbrahimov ölüb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, nəqliyyat vasitəsində qalan meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: