Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb

A- A A+

Naxçıvan şəhərində 66 yaşlı kişi ocağa yıxılaraq ölüb.

"NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.

Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə daha gur alışması üçün benzin tökmək istəyərkən ürəktutması keçirərək ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış meyitini aşkar edib.

Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: