Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi tezislərlə bağlı dəyirmi masa təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq çərçivəsində keçirilən tədbirdə ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunmasında Azərbaycan alimlərinin intellektual potensialının, elmi-tədqiqat fəaliyyətinin rolu, habelə elm və innovasiyanın strateji qərarların hazırlanmasındakı həyati əhəmiyyəti ilə bağlı səsləndirdiyi tezislər nəzərə alınaraq Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin (BMTM) təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.

Xarici siyasət və beynəlxalq münasibətlərin elmi araşdırılması, xarici və yerli alimlərin əməkdaşlığı yolunda meydana çıxan problemlər və onların həll yollarına həsr olunan dəyirmi masa müzakirələrində Milli Məclisin üzvləri, beyin mərkəzləri və universitetlərin nümayəndələri iştirak ediblər.

Dəyirmi masada elmi araşdırmalar sahəsində mövcud institusional boşluqlar, xarici elmi institutlar və alimlərlə əməkdaşlığa mane olan amillər, innovativ yanaşmaların tətbiqi ilə bağlı çətinliklər, habelə sözügedən sahə üzrə praktiki və texniki məsələlər müzakirə edilib.

Müzakirələr zamanı Azərbaycana aid tarixi xəritə və sənədlərin beynəlxalq akademik diskursa çıxarılmasının vacibliyi, ekspertlər arasında ixtisaslaşmanın təşviqi, universitetlərin tərkibində beyin mərkəzlərinin yaradılması, mövcud elmi ədəbiyyatın xarici auditoriyalar üçün əlçatanlığının artırılması, yerli və xarici beyin mərkəzləri arasında koordinasiyalı birgə layihələrin həyata keçirilməsinin zəruriliyi, eləcə də süni intellektin imkanlarından istifadənin əhəmiyyəti ilə bağlı təkliflər səsləndirililib.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: