Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 min 441 cinayət faktı aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan 2 min 403-ü narkotik vasitələrin qanunsuz satışı, 4 min 850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 037 kq 413,78 qramını marixuana, 745 kq 500,982 qramını heroin, 144 kq 728,924 qramını tiryək, 75 kq 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kq 660,186 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 15 min 516 ədəd metadon, 18 min 938 ədəd çətənə bitkisi, eləcə də1 kq 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 milyon 600 min 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 117 nəfər cəlb edilmiş, onlardan 4 min 961 kişi, 156 qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 501,249 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095,152 qr və 15 min 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 274 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658 kq 377,574 qr nakotik vasitə, psixotrop maddə maddə və 309 kq 436,2 qr güclü təsir edən maddə müsadirə edilib.
2 min 439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 044 kq 413,166qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1108, qanunsuz satış ilə bağlı faktların sayı 434, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 628, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 42, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1 576 nəfər azalıb. Bununla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 931 kq 065,487 qr artıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 037 kq 413,78 qr-nı (84,4 %) marixuana təşkil edib. Onun da 6 ton 204 kq 757,98 qramı (88,1%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 832 kq 655,8 qr qram (11,8 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 64 rayon və şəhərdə 2317 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 57 kq 812,817 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 562 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 87765 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5179 nəfərdən 2719 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 282, QİÇS-lə Mübarizə Mərkəzində 315, Sumqayıt Narkoloji Mərkəzində 124 nəfər) 721 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin noyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 54 (4,9%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-noyabr ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 1 128 vətəndaş müraciəti daxil olub ki, onların 129-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 65-ı narkotik asılılıqdan müalicə, 934-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 194 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 165 tədbir (99 maarifləndirici və təşkilati tədbir, 58 təlim, 6 sosial layihə, 2 televiziya kanalında verilişdə iştirak) təşkil edilib.
