On bir ayda pensiya ödənişlərinə 6 milyard 515 milyon manat vəsait yönəldilib

A- A A+

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 milyon manat) çox olmaqla 6 milyard 515 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: