Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı nəzarət tədbirləri keçirilir - FOTOLAR

A- A A+

Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu il dekabrın 11-17-də aparılan monitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9 min 347 məhsula baxış keçirilib. Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma, məhsulların son istifadə tarixi barədə məlumatlarının qeyd edilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı aşkarlanıb.

Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb.

“Nəzarət tədbirləri davam etdirilir. Uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularının seçimində diqqətli olmaq lazımdır”, - deyə məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: