Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

A- A A+

2025-ci ildə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Vətəndaşların müraciətləri ilə iş bölməsinə 72 min 703 vətəndaş müraciəti daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə dekabrın 19-da Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə cari ilin yekunlarına dair keçirilən “Media və kommunikasiya” sahəsində seminarda məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 2 min 701 nəfəri Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində fərdi şəkildə qəbul edilib. 35 min 124 nəfər “Qaynar xətt” vasitəsilə, 33 min 683 nəfər Müdafiə Nazirliyinin rəsmi elektron ünvanına - [email protected] - müraciət edib. Yazılı şəkildə müraciət edənlərin sayı 1195 nəfər təşkil edib.

Daxil olmuş müraciətlərin əsas mövzuları Müdafiə Nazirliyinin rəhbər şəxslərinin qəbuluna yazılmaq, “Müharibə veteranı” adının və vəsiqənin verilməsi, dövlət təltifləri ilə təltif olunmaq, "Şəhid" statusunun verilməsi və sosial təminat, təkrar həqiqi hərbi xidmətə qəbul edilmək barədə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: