Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.
NUHÇIXAN xəbər verir ki, hadisə baş verəndən sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kotan kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.
Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.
Bərpa işləri yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.
