Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin NUHÇIXAN-a verdiyi məlumata görə, martın 31-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Azərbaycan dili, Tarix, Coğrafiya, Riyaziyyat, Fizika, Kimya, Biologiya, İnformatika olmaqla, 8 fənn üzrə keçirilən yarımfinal mərhələsində şagirdlərə 30 test tapşırığı təqdim ediləcək və biliklərinin yoxlanılmasına 3 saat vaxt ayrılacaqdır.

Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən, 329 şagird olimpiadanın yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal və final turları xüsusi istedada malik IX-XI sinif şagirdləri arasında keçiriləcək.

Aprel ayında keçiriləcək Respublika fənn olimpiadalarının finalında yarımfinal turda minimum 21 sualı düzgün cavablandıran şagirdlər iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: